İşdən çıxarılan xanım müavinin yerinə təyinat

isden-cixarilan-xanim-muavinin-yerine-teyinat
Oxunma sayı: 7744

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni təyinat olub. 

"Qafqazinfo" xəbər verir ki, icra başçısı Mahir Quliyev Ləman Cəbrayıl qızı Yüzbaşovanı özünə müavin təyin edib.  

O, eyni zamanda ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiridir.

Qeyd edək ki, L. Yüzbaşova əvvəl İH-də baş məsləhətçi işləyib.

Xatırladaq ki, başçının eks-müavini Xəyalə Qəmbərova bir müddət əvvəl vəzifəsindən azad olunub.