İsgəndər Cavadovla bağlı - Sərəncam

isgender-cavadovla-bagli-
Oxunma sayı: 6372

Azərbaycan Prezidenti İlham Əliyev Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovla bağlı sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“1. Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.