İsmayıllıda avtoritetin qardaşının toyunda atışma - Ölən var

ismayillida-avtoritetin-qardasinin-toyunda-atisma
Oxunma sayı: 1199

İsmayıllı rayonunda keçirilən toy mərasimi zamanı silahlı insident baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, tapançadan açılan atəş nəticəsində bir nəfərin öldüyü bildirilir.

Əldə olunan məlumata görə, hadisə zamanı 7 dəfə atəş açılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

İnsidentin kriminal avtoritetlərdən birinin qardaşının toyunda baş verdiyi deyilir.