İsmayıllıda yenə zəlzələ oldu

ismayillida-yene-zelzele-oldu
Oxunma sayı: 5909

İsmayıllıda zəlzələ olub.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeraltı təkanlar saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.

Maqnitudası 2,9, dərinliyi 7 km olan zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:00-da da İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. 7 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3 olub.