İspaniya keçmiş bakılı avtoriteti deportasiya etdi

ispaniya-kecmis-bakili-avtoriteti-deportasiya-etdi
Oxunma sayı: 3628


İspaniya hökuməti nüfuzlu kriminal avtoritetlərdən biri hesab edilən, keçmiş bakılı Zaxari Kalaşovu Rusiyaya deportasiya edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, kriminal aləmdə Gənc Şakro kimi tanınan 61 yaşlı “qanuni oğru” İspaniyada 7,5 illik həbs cəzasını çəkdikdən sonra vətəninə qaytarılıb. Bir sıra nüfuzlu avtoritetlərin ölümündən sonra postsovet məkanında mütəşəkkil cinayətkar dəstələrə liderlik edəcək ən uyğun namizəd hesab edilir.

Qeyd edək ki, Gənc Şakro 3 dəfə müxtəlif cinayətlərə görə həbs edilib. Kriminal aləmdə Ded Xasan və Yaponçik kimi tanınan avtoritetlərlə yaxın tanışlığı olub. Həyatında çoxsaylı sui-qəsdlər təşkil olunduğu üçün 90-cı illərin sonunda İspaniyaya köçmək qərarı verir. 

İspaniyada da köhnə vərdişlərindən əl çəkməyən Kalaşov pulların yuyulması ilə maşğul olur. İspan xüsusi xidmət orqanlarınınkeçirdikləri əməliyyat zamanı avtoritet 2005-ci ildə Dubayda saxlanılaraq həbs edilir.