İspaniyada hazırlanan COVID dərmanı 99 faiz uğurlu olub

ispaniyada-hazirlanan-covid-dermani-99-faiz-ugurlu-olub
Oxunma sayı: 1440

İspaniyanın əczaçılıq şirkəti “PharmaMar”ın yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı hazırladığı dərmanın heyvanlar üzərində sınağı müvəffəqiyyətlə başa çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Science” jurnalında yayımlanan məqalədə Covid-19-a yoluxmuş heyvanların Aplidin (plitidepsin) adlı dərman verilərək müayinə edildiyi qeyd olunub.

Sözügedən dərman sayəsində heyvanların ağciyərlərində Covid-19 viruslarında 99 faiz azalma müşahidə edilib.

Dərmanın insan hüceyrələrində olan eEF1A proteinini bloklayaraq Covid-19-a qarşı antiviral təsirə malik olduğu bildirilib.