İspaniyada reperin həbsinə görə etirazlardan - Fotolar

ispaniyada-reperin-hebsine-gore-etirazlardan
Oxunma sayı: 4137

İspaniyada terroru təbliğ etməkdə və Krala qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırılan reper Pablo Aselin həbsinə qarşı etiraz aksiyaları davam edir.

“Qafqazinfo” xəbər verir ki, aksiyalarda aqressiv əhval-ruhiyyəli iştirakçılar polislərə müxtəlif əşyalar atıb və həmçinin şəhər əmlakına ziyan vurublar.

Ən azı 14-ü Madriddə, 29-u Barselonada olmaqla onlarla insan saxlanılıb.

Bu hadisə İspaniyada ifadə azadlığı mövzusunu yenidən gündəmə gətirib.