İspaniyada virusa yoluxanların sayı kəskin artdı

İspaniyada virusa yoluxanların sayı kəskin artdı
Oxunma sayı: 3124

İspaniyada son sutka ərzində 6 mindən çox insan koronavirusa yoluxub, 674 nəfər dünyasını dəyişib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

İndiyədək İspaniyada 130 759 yoluxma halı qeydə alınıb, 12 418 pasiyent vəfat edib. 58 mindən çox insan xəstəxanaya yerləşdirilib, onlardan 6,8 mini intentiv terapiya şöbələrindədir, 38 min pasiyent sağalıb.

Qeyd edək ki, martın 14-dən İspaniyada koronavirusun yayılması ilə əlaqədar yüksək hazırlıq rejimi tətbiq olunub. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi