İsrail azad etdiyi fələstinli məhbuslara bunları qadağan etdi

israil-azad-etdiyi-felestinli-mehbuslara-bunlari-qadagan-etdi
Oxunma sayı: 3252

İsrail fələstinli məhbusların azadlığa buraxılması üçün bir sıra qadağalar qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyi məlumat yayıb.

Bildirilib ki, sərbəst buraxılan fələstinlilərin mətbuata açıqlama verməsi qadağan edilib.

Bundan əlavə, azadlığa buraxılacaq məhbusun evində görüşə icazə verilməyəcək.

Həmçinin, azad edilmiş fələstinli məhbuslar və onların ailələrindən bayram üçün şirniyyat paylamamaları istənilib.

Bu qadağalara əməl etməyən fələstinli məhbuslar təxminən 18 min dollar cərimələnəcək.

Qeyd edək ki, İsrail və HƏMAS arasında məhbus mübadiləsi razılaşması əldə edilib. Bu razılaşma çərçivəsində Həmas 50, İsrail isə 150 ​​fələstinli məhbusu azad edəcək.