İsrail HƏMAS kəşfiyyatının əsas fiqurlarını məhv etdi

israil-hemas-kesfiyyatinin-esas-fiqurlarini-mehv-etdi
Oxunma sayı: 2433

İsrail ordusu HƏMAS kəşfiyyatının əsas fiqurlarını, o cümlədən HƏMAS hərbi kəşfiyyatının Təhlükəsizlik şöbəsinin rəhbəri və onun müavinini məhv edib.

Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.

“Bizim qırıcılarımız... HƏMAS kəşfiyyatının əsas fiqurlarını - HƏMAS hərbi kəşfiyyatının Təhlükəsizlik şöbəsinin rəhbəri Hassan Kaodci və onun müavini, Əks-kəşfiyyat şöbəsinin rəhbəri Vali İssanı neytrallaşdırıb”, - İsrail ordusunun mətbuat xidməti bildirib.