İsrail hərbçiləri Əl-Şifadan geri çəkildi

israil-herbcileri-el-sifadan-geri-cekildi
Oxunma sayı: 2456

İsrail hərbçiləri Qəzzanın ən böyük xəstəxanası olan Əl-Şifadan geri çəkilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bir müddət öncə İsrail Müdafiə Qüvvələri bölmələri Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasında HƏMAS-ın hərbi hədəflərinə qarşı əməliyyat keçirmişdi.

Xatırladaq ki, bu gün İsrail ilə HƏMAS arasında müvəqqəti atəşkəs başlayıb.