İsrail “Hizbullah” hədəflərinə zərbələr endirib

israil-hizbullah-hedeflerine-zerbeler-endirib
Oxunma sayı: 907

İsrail ordusu Livandakı “Hizbullah”ın hədəflərinə yenidən zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusu öz teleqram kanalında məlumat yayıb.

Məlumata görə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları “Hizbullah”ın obyektlərindən birinin ərazisində silahlı dəstəyə hücum edib. Söhbət Livanın cənubundakı Teir-Harfa ərazisindən gedir. Digər bir zərbə də En-Nakura kəndi yaxınlığında “Hizbullah” üzvlərinin daha bir qrupuna qarşı həyata keçirilib.