İsrail səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirildi

israil-sefirliklerinde-tehlukesizlik-tedbirleri-guclendirildi
Oxunma sayı: 764

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin bütün diplomatik missiyalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Netanyahunun Ofisi yayıb. 

“İsrailin dünya üzrə bütün missiyalarında təhlükəsizlik tədbirlərinin, eləcə də dövlət nümayəndələrinin təhlükəsizliyinin gücləndirilməsinə göstəriş verdim”, - deyə Netanyahu qeyd edib.

Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. İnsidenti törətməkdə şübhəli bilinən 30 yaşlı Elias Rodriges saxlanılıb.