İstanbul-Bakı reysi ilə kimlər gələ bilər?

istanbul-baki-reysi-ile-kimler-gele-biler
Oxunma sayı: 3261

AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, sözügedən reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.