“Qafqazinfo”nun məlumatına görə, Hürriyət” qəzeti Sevinc Babayevanın “Esenyurd”da bir evdə qaldığını və gecə saatlarında özünü pis hiss edərək “Esenyurd Dövlət Xəstəxanası”na aparıldığı qeyd edib.
Daha sonra vəziyyəti ağırlaşan Sevinc Babayeva “Medicana International İstanbul Hospital”ına göndərilib. Sevinc Babayeva həkimlərin səylərinə baxmayaraq gecə saatlarıdna həyatını itirib.
Türkiyənin digər xəbər agentliyi isə Sevinc Babayevanın üzərində saxta türk kimliyi ilə yanaşı, öz pasprtunun da olduğunu qeyd edib.
Qeyd edək ki, Türkiyə mətbuatı Sevinc Babayevanın qəfil vəfatını “İstanbulda şübhəli ölüm” kimi təqdim ediblər.
Son xəbərlər
Son Xəbərlər