İstanbuldakı hücumda yaralananlardan biri öldü - Video - Yenilənib

istanbuldaki-hucumda-yaralananlardan-biri-oldu
Oxunma sayı: 6937

İstanbulda məhkəmə binasının önündə silahlı insident baş verib. 

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, silahlı şəxslər məhkəmənin önündə polislərə hücum edib.

Nəticədə 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Hücum edən 2 şəxsin zərərsizləşdirildiyi bildirilir. Onlardan biri qadındır.

***

Hücum zamanı yaralanan şəxslərdən biri dünyasını dəyişib.

Bu barədə məlumatı Kahramanmaraşa səfəri çərçivəsində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.