“İstifadə etdiyimiz suyun 70 faizi ölkəmizə çirklənmiş halda daxil olur”

istifade-etdiyimiz-suyun-70-faizi-olkemize-cirklenmis-halda-daxil-olur
Oxunma sayı: 1029

"İstifadə etdiyimiz suyun 70 faizi kənardan ölkəmizə çirklənmiş halda daxil olur".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov mətbuat konfransında deyib.

Bildirib ki, Bakı və Abşeron yarımadasının özünün içməli su ehtiyatı yoxdur: "Buna baxmayaraq hazırda paytaxtda sudan səmərəli istifadə edilmir. İstifadə olunmuş, çirklənmiş sular təmizlənərək texniki su kimi istifadə olunmaq əvəzinə çirkli halda çaylara və dənizə axıdılır. Bu amillər ETSN-i narahat edir. Qlobal iqlim dəyişikliklərinin təzahürləri Azərbaycanda su ehtiyatlarına da təsirsiz ötüşmür. Yağıntıların az olması və daxili çaylarımızda axınların azalması bu təzahürlərdən biridir. İqlim dəyişmələrinin şirin su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikilir.

Son zamanlar inşa edilmiş Taxtakörpü, Tovuzçay, Şəmkirçay su anbarları iqlim dəyişmələrindən yarananan fəsadların yumşaldılmasına yönəlib. Yağıntının olmaması səbəbindən Kür çayında da son zamanlar suyun azalması qeydə alınır. Bunlar hamısı özünü Mingəçevir su anbarında göstərir".