“İstikbal” mebeldə yanğın - İşçilər təxliyə edildi-Fotolar

istikbal-mebelde-yangin
Oxunma sayı: 2515

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “İstikbal” mebel mağazasında yanğın başlayıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın səbəbilə mağazanın və yaxınlıqdakı ofislərin əməkdaşları təxliyə edilib. 

Yanğının mağazanın deposunda baş verdiyi, xeyli bahalı mebellərin yandığı bildirilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.

***

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.