“İsveç NATO-nun 32-ci dövləti olacaq” - Stoltenberq

isvec-nato-nun-32-ci-dovleti-olacaq
Oxunma sayı: 824

NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin Şimali Atlantika Alyansına qəbul edilməsinə dair protokolun Macarıstan parlamentinin ratifikasiyasını alqışlayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı NATO-nun mətbuat xidməti bəyanat yayıb.

“Mən Macarıstan parlamentində İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək üçün səsverməni alqışlayıram”, – deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, İsveç NATO-nun 32-ci dövləti olacaq.