İtaliya A seriyasında oyunlar yenə təxirə salına bilər

italiya-a-seriyasinda-oyunlar-yene-texire-salina-biler
Oxunma sayı: 1080

İtaliyada koronavirus təhlükəsi futbol üzrə ölkə çempionatına da təsir edib.

"Qafqazinfo" xəbər verir ki, ölkənin Baş Naziri Cüzeppe Konte növbəti həftə İtaliyadakı yarışların təxirə salına biləcəyini deyib:

"Bir həftə içində virusun yayılma sürətinin azalacağını düşünmürük. Vəziyyəti dəyərləndiririk. Növbəti həftə bütün oyunların təxirə salınması məsələsini müzakirə edəcəyik".

Qeyd edək ki, ötən tur A seriyasında 4 oyun təxirə salınmışdı.