İtaliyada açıq havada maska taxmaq tələbi də ləğv olunur

italiyada-aciq-havada-maska-taxmaq-telebi-de-legv-olunur
Oxunma sayı: 1085

İtaliyanın səhiyyə naziri Roberto Sperantsa iyunun 28-dən açıq havada maska taxmaq tələbinin ləğv ediləcəyini elan edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

“İyunun 28-dən açıq havada maska taxmaq tələbini ləğv edirik, lakin elmi-texniki komitənin bütün göstərişləri saxlanılır”, - nazir öz izləyicilərini məlumatlandırıb.

“Corriere della Sera” qəzetinin məlumatına görə, pandemiyanın əvvəlindən hökumətə tövsiyələrin hazırlanması ilə məşğul olan komitəyə müraciət etmək təşəbbüsü Baş nazir Mario Dragiyə məxsus olub. Yekun qərar ekspertlərin bazar ertəsi keçirilmiş iclası əsasında qəbul edilib.

Eyni zamanda, bildirilir ki, maska taxmamaq yalnız açıq havada və epidemioloji risklər baxımından təhlükəsiz sayılan vilayətlərdə mümkün olacaq. Epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə maska taxılması yenidən məcburi olacaq.

Daha əvvəl İtaliyanın 21 bölgəsindən 20-də koronavirusa görə tətbiq olunan maska və sosial məsafə istisna olmaqla, bütün məhdudiyyətlər ləğv edilib.