İtaliyada sutka ərzində koronavirusdan rekord sağalma

italiyada-sutka-erzinde-koronavirusdan-rekord-sagalma
Oxunma sayı: 5807

İtaliyada son sutka ərzində koronavirusdan rekord sayda sağalma qeydə alınıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrellinin sözlərinə görə, bu gün 2099 nəfər Covid-19-dan sağalıb. Bu isə son 10 gün ərzində 50% artım deməkdir. Ümumilikdə isə 26 min 491 nəfər sağalıb.

Qeyd edək ki, İtaliyada hazırda 139 min 422 nəfər koronavirus xəstəsidir. 17 min 699 nəfər isə dünyasını dəyişib.