İtaliyalı bombardir Səudiyyə Ərəbistanı klubuna keçdi

italiyali-bombardir-seudiyye-erebistani-klubuna-kecdi
Oxunma sayı: 3374

“Atalanta”nın hücumçu Mateo Retegi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, A Seriyasının bombardiri “Əl-Qadsiyah” klubuna keçib.

26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Retegi 2024/2025 mövsümünün başa çatan İtaliya çempionatının bombardiri olub. İtaliya millisinin forvardı A Seriyasında 36 oyunda 25 qol vurub.