İtkin düşən alpinistlərlə bağlı yeni - Açıqlama

itkin-dusen-alpinistlerle-bagli-yeni
Oxunma sayı: 9480

Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb.

Bu barədə “Qafqazinfo”ya “Gilavar” klubunun rəhbəri Ziya Qasımov məlumat verib. O, bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: “Müəyyən izlərə rast gəlinib. Amma biz hələ bilmirik ki, bu izlər onlara məxsusdur, ya yox? Gün ərzində məlumatlar dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək”.

Günel Türksoy