İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır

itkin-dusen-herbcilerin-axtarislari-bu-erazilerde-aparilir
Oxunma sayı: 1939

"İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək təxirə salınıb". 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun yaydığı məlumatda bildirilir.

"O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.