İtkin düşmüş Sevda atasının yanında imiş - Yenilənib

itkin-dusmus-sevda-atasinin-yaninda-imis
Oxunma sayı: 10088

Bakıda itkin düşmüş 17 yaşlı Şaymuradova Sevda Marat qızı tapılıb.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itkin düşmüş kimi axtarışa verilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, S. Şaymuradova evdən təhsil kursuna getmək adı ilə çıxmış və geri dönməmişdi. Ailəsi onun oğurlandığını iddia edirdi.

***

DİN Mətbuat xidmətindən o da bildirilib ki, yeniyetmənin atasının yanında olduğu müəyyən edilib: “Sevda götürülərək anasına təhvil verilib”.