İTV Samirənin “Eurovision” mahnısını seçdi

itv-samirenin-eurovision-mahnisini-secdi
Oxunma sayı: 2124

İctimai Televiziya Azərbaycanı “Eurovision-2020” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndinin ifa edəcəyi mahnını müəyyənləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "İnfe Azerbaijan" məlumat yayıb. İddiaya görə, kanal “Scars” və “Cleopatra” arasında seçim edərək Avropa səhnəsində səsləndiriləcək bəstə barədə qərara gəlib. Belə ki, Samirə Niderlandda keçiriləcək yarışmada  “Cleopatra” ilə çıxış edəcək. Artıq bəstəyə klip də çəkilib.

Mahnı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, hər iki mahnının demo versiyası internetdə qeyri-rəsmi şəkildə yayılmışdı.