İyul pensiyaları ödənildi

iyul-pensiyalari-odenildi
Oxunma sayı: 2328

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, iyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.