İzmirdə dağıntılar altından belə kömək istədilər

izmirde-dagintilar-altindan-bele-komek-istediler
Oxunma sayı: 4902

Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş verən zəlzələ sonrası dağıntı altında qalan insanların ölümdən qurtulmaq cəhdləri hər kəsi duyğulandırıb.

 “Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, uçmuş divarlar altında qalan bir şəxs sosial mediadan mesaj yazaraq yardım istəyib. Belə ki, o,  “lütfən, kömək edin, nəfəs ala bilmirik” deyə mesaj yazıb.

Həmçinin, zəlzələdən sonra əraziyə gedən Türkiyənin Kənd təsərrüfatı və Meşə Sənayesi naziri Bekir Pakdemirli dağıntılar altında qalan insanlarla telefonla əlaqə qurmağa cəhd edib.  

Bu zaman dağıntı altında qalan Busə adlı qızın “İtləri buraxın mən də pişik səsi çıxaracam” deməsi hərkəsi duyğulandırıb. Daha sonra Busənin uçqunun altından çıxarıldığı bildirilib. 

Qeyd edək ki, sosial şəbəkələrdə insanlar yaxınlarını daha tez tapmaq üçün dağıntıların baş verdiyi ərazilərin ünvanlarını yazaraq kömək istəyirlər.