Jurnalist Nailə Əkbərova vəfat etdi

jurnalist-naile-ekberova-vefat-etdi
Oxunma sayı: 2666

Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib.

Qeyd edək ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib.

Xatırladaq ki, o, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.

N.Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır.