Kadırov 23 yaşlı qardaşı oğlunu nazir təyin etdi

kadirov-23-yasli-qardasi-oglunu-nazir-teyin-etdi
Oxunma sayı: 2944

Rusiyanın Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov 23 yaşlı qardaşı oğlu Həmzət Kadırovu idman naziri təyin edib.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri sosial şəbəkədə yazıb. Həmzət Kadırov bu posta təyin edilənədək Kurçaloyev rayonunun rəhbəri olub.

Həmzət Kadırov Ramzan Kadırovun 2004-cü ildə ölən böyük qardaşı Zəlimxan Kadırovun oğludur.