“KamAZ” “Merсedes”in üzərinə aşdı, sürücü öldü - Fotolar +Yenilənib

kamaz-meredesin-uzerine-asdi-surucu-oldu
Oxunma sayı: 2910

Hacıqabulda yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Füzuli rayonunun Qaraxanbəyli kənd sakini Hüseynov Qəfər Qənimət oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobili “Merсedes” markalı minik avtomobilinin üzərinə aşıb.

Nəticədə “KamAZ” markalı yük maşınının sürücüsü ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralıya ağır kəllə-beyin travması diaqnozu qoyublar.

Qəzaya “KamAz”ın sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

*** 

Yol qəzasında yaralanan sürücü ölüb. "KamAZ" markalı yük avtomobilinin sürücüsü 1967-ci il təvəllüdlü Hüseynov Qəfər Qənimət oğlu xəstəxanada dünyasını dəyişib. 

Tural Hüseynli