Kamran Əliyevlə Muxtar Babayev ağac əkdilər - Fotolar

kamran-eliyevle-muxtar-babayev-agac-ekdiler
Oxunma sayı: 3978

Prokurorluq əməkdaşları tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ekoloji mühitin və yaşıllıqların mühafizəsi ilə əlaqədar Xocasən qəsəbəsində təşkil edilən aksiyanın əsas məqsədi ağac əkininin təşviqinə, Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılmasına, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsinə diqqət cəlb etməkdir.

Prokurorluq əməkdaşlarının keçirdiyi ağacəkmə aksiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyi yaxından dəstək göstərib.

Tədbirdə 1000-ə yaxın şam və zeytun ağacları əkilib, eyni zamanda ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılıb. 

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.