Kanaldan meyiti tapılan şəxs itkin kimi axtarışda imiş...

kanaldan-meyiti-tapilan-sexs-itkin-kimi-axtarisda-imis
Oxunma sayı: 5319

Yuxarı Qarabağ kanalında meyiti aşkarlanan şəxsin kimliyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, ötən gecə kanalda cəsədi tapılan şəxs Yevlax rayon sakini 1985-ci il təvəllüdlü Səxavət Novruz oğlu Abdullayevdir. 

Qeyd edək ki, S. Abdullayev bir müddət öncə itkin düşmüş kimi qeydə alınıb. Onun cəsədi ətrafdan keçən şəxslər tərəfindən aşkar edilərək hüquq-müdafizə orqanlarına məlumat verilib.

Ziya Əmirxanlı