Kaxovka SES-nin partladılmasından sonra kəndləri su basdı - Video - Yenilənib

kaxovka-ses-nin-partladilmasindan-sonra-kendleri-su-basdi
Oxunma sayı: 8288

09:41

“Rusiya qoşunları Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasını partladıb”.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Cənub” Əməliyyat Komandanlığı yayıb.

Bildirilir ki, Dnepr çayı yaxınlığında yerləşən qəsəbələri sel təhlükəsi gözləyir.

Hazırda dağıntının miqyası, suyun sürəti və həcmi müəyyən edilir.

Xerson şəhərinin sağ sahilində və daşqın gözlənilən kəndlərdə əhalinin avtobuslarla təxliyəsinə başlanılıb.

Rusiya tərəfi isə, öz növbəsində, Kaxovka SES-ə Ukrayna ordusunun atəş açdığını iddia edir. 

Qeyd edək ki, sözügedən SES Rusiyanın nəzarəti altında olan ərazilərdə yerləşir.

16:03

“RİA Novosti”nin məlumatına görə, Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında suyun səviyyəsi 2,5 metr enib.

Suyun səviyyəsinin 7 metrə qədər enəcəyi gözlənilir. Bununla yanaşı, Nova Kaxovka şəhərində 3 yaşayış məntəqəsini tamamilə su basıb.