Kayahanın vəsiyyəti açıqlandı

kayahanin-vesiyyeti-aciqlandi
Oxunma sayı: 5220


“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, Camal Rəşid Rey konsert salonunda mərhumla vida mərasimi keçiriləcək. Mərasimdən sonra sənətçinin cənazəsi Təşvikiyə məscidinə götürüləcək. 

Bundan başqa, müğənninin vəsiyyəti də açıqlanıb. O, dəniz mənzərəsi olan məzarlıqda dəfn olunmasını vəsiyyət edib. Bu səbəbdən ailəsi mərhumu İstanbulun Qanlıca qəbiristanlığında dəfn edəcək. Bu məzarlıq dənizə yaxın yerləşir.

Müğənninin digər vəsiyyəti isə dəfn mərasiminə və məzarına gül və çələng gətirilməməsi barədə olub. O, bunun əvəzində Türkiyənin Məhmətçik Vəqfinə ianə edilməsini istəyib. 

Qeyd edək ki,  uzun müddətdir xərçəngdən əziyyət çəkən sənətkar müalicə aldığı xəstəxanada həyatını itirib. O, tənəffüs çatışmazlığından əziyyət çəkirdi.