Kəlbəcərdə yük maşını aşdı, ölən var

kelbecerde-yuk-masini-asdi-olen-var
Oxunma sayı: 1701

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun  Nadirxanlı kəndində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev