Kəmaləddin Heydərov Qubada vətəndaşları qəbul edib - Fotolar

kemaleddin-heyderov-qubada-vetendaslari-qebul-edib
Oxunma sayı: 1989

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 24-də Quba şəhərində Heydər Əliyev Mərkəzinin binasında Quba və Qusar rayonları sakinlərinin qəbulunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən Quba və Qusar rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.