Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli iyunun 28-də saat 10:00-da Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-53) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.