Kennedi ailəsinin iki üzvü itkin düşüb - Video

kennedi-ailesinin-iki-uzvu-itkin-dusub
Oxunma sayı: 3707

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin senator qardaşı Robert Kennedinin nəvəsi və onun oğlu Merilend ştatında itkin düşüblər. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Washington Post” qəzeti xəbər verib.

Nəşrin məlumatına görə, 40 yaşlı Meyv Kennedi Taunsend Makkin və onun 8 yaşlı oğlu Qideon Cozef Kennedi Makkin cümə axşamı günü Çesapik körfəzində kanoedə üzərkən itkin düşüblər. Məlumatı itkinin həyat yoldaşı Devid Makkin təsdiqləyib.

Makkinin sözlərinə görə, uşaqlar sahilyanı evdə topla oynadığı vaxt o, suya düşüb. Onun həyat yoldaşı və oğlu topu götürmək üçün kanoeyə əyləşiblər və, ola bilsin, çox uzağa gediblər və geri dönə bilməyiblər.

Sahilyanı mühafizənin nümayəndəsinin sözlərinə görə, cümə axşamı günün ikinci yarısında küləyin sürəti saniyədə 13,3 metr olub.

İtkinlərin axtarışları davam etdirilir.

Devid Makkin, həyat yoldaşı Meyv Kennedi Taunsend Makkin və oğlu Qideon Cozef Kennedi Makkin (sağdan mərkəzdə)