Kılıçdaroğlu sədrlikdən yola salındı - Fotolar

kilicdaroglu-sedrlikden-yola-salindi
Oxunma sayı: 3443

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayından sonra təhvil-təslim mərasimi baş tutub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-nin Ümumi Qərargahında keçirilən mərasimdə partiyanın buna qədərki sədri Kamal Kılıçdaroğlu vəzifəsini yeni sədr Özgür Özələ təhvil verib. 

Xatırladaq ki, Özgür Özəl CHP-nin yeni sədri seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.