“Kim gizlənmədisə, mən günahkar deyiləm” - Tokayev

kim-gizlenmedise-men-gunahkar-deyilem
Oxunma sayı: 5735

“Birbaşa dövlət dəstəyi alan şirkətlər dövlətdən alınan vəsaitlərin istifadəsinə dair hesabat verməlidirlər”.

“Qafqazinfo” nur.kz-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev iş adamları ilə görüşündə deyib. O, “nəhəng biznes”in dövlətə vergi ödəmədiyini bildirib: 

“Əlimizdə xüsusi qurumların məlumatları var. Onlar göstərir ki, gəlirli “nəhənglər” müxtəlif bəhanələrlə vergiləri tam ödəməkdən yayınırlar. Mən baş nazirə tapşırıram ki, nəhayət, bu problemlə məşğul olsun və xəzinəni ona çatacaq vəsaitlə təmin etsin. Əks halda, sərt tədbirlər olacaq. Uşaq oyununda deyildiyi kimi: kim gizlənmədisə, mən günahkar deyiləm”.