“Kim nə deyir, nə danışır, cəhənnəmə ki… Danışın, yazın, günahlarımı yuyun”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkədə yazıb.
Sənətçi onu geyimlərinə görə tənqid edənlərə cavab verib:
“Mən Sultan Səidəyəm. Kimlərəsə görə dəyişməyəcəm. Necə varamsa, həmişə elə qalacam. Süni olub yalandan maska taxmayacam, baxın, elə gördüyünüz kimi pozitiv qalacam. Çünki özüməm. Kim nə deyir, nə danışır, cəhənnəmə ki… Danışın, yazın, günahlarımı yuyun. Mən insan olaraq xalqımın yaxşılarını sevirəm. O dediyiniz xalq mənim xalqım ola bilməz.
Mən şəhərdə doğulmuşam və gözümü açıb sözbazlıq görməmişəm. Amma təəssüf ki, mənim şəhərimdə o insanlar qalmayıb. Sözbazlıq, qeybət, özündən razılıq və bir az pul görən kimi dəyişən insanlar! Bağışlayın, təəssüf edirəm ki, sizin kimi deyiləm. Allaha çox şükür, kiminsə ailəsini dağıtmamışam”.

Son xəbərlər
Son Xəbərlər