“Kimisə ittiham etməyin mənası yoxdur” - Tərlan Əhmədov

kimise-ittiham-etmeyin-menasi-yoxdur
Oxunma sayı: 718

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən “Neftçi” - AZAL matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
 
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti şərh edib.
 
- Oyun haqda deyəcəyim bir söz yoxdu. Rəqibi təbrik edirəm. Bizdə istək yox idi. Edəcəyim bir şey də yox idi. Həddindən artıq zədəli futbolçularımız var. Qalperinin zədə alması məni qayğılandırır. İtkilər komandaya çox təsir edir. “Neftçi” qələbəyə layiq idi. “Qarabağ”a 0:6 hesabı ilə uduzandan sonra belə böyük hesablı məğlubiyyətimiz yox idi. Artıq sona yaxınlaşırıq. Kimisə ittiham etməyin mənası yoxdu. İki tur qalıb. Bu iki turu da yola verəndən sonra, nəyin necə olacağını biləcəyik.
 
- AZAL-ın vitse-prezidenti Vaqif Qasımov deyib ki, komanda Premyer Liqada qalsa, vəziyyət düzələcək. Bəs, siz nə düşünürsüz?
- Vallah, komandanın elitada qalmasını mən də istəyirəm. Komandanın rəhbərliyi var. İllərdi kluba maliyyə ayırıblar. 99, 9 faiz fikrim getməkdi. Düzü, vəziyyətin düzələcəyinə ümid edirəm. Yeni mövsüm avqustda başlayacaq. Hər şey əvvəlcədən bəlli olmalıdı. Olmayanda məşqçi futbolçu axtarmağa başlayır. Belə olanda da problemlər yaranır.
 
- Penalti təyin ediləndə Ruslan Əmircanovla Nuqzar Kvirtiya arasında kiçik dialoq oldu. Həmin an nə baş verdi?
- Mövsüm ərzində ilk dəfə idi penalti vurduq. Verilməsəydi, təccüblənməzdim. Mən oyundan əvvəl penaltini kimin vuracağını təyin edirəm. Yaxud da qeyd edirəm ki, kim özünə əmindisə o da vursun. Nuqzarla Ruslanın nə danışdığını isə bilmirəm.
 
- Vaqif Cavadov AZAL-ı trampilin kimi istifadə edirdi ki, daha yaxşı kluba getsin. Amma bu gün onun nə etdiyi bəlli deyildi...
- Mən heç bir futbolçunun yerinə danışa bilmərəm. Vaqifə zaman lazımdı ki, özünə gəlsin. Böyük futbol oynayıb, legioner həyatı yaşayıb. Amma indi maliyyəsi aşağısı olan kluba gəlməsi, ola bilər ona təsir edir. Mənim üçün futbolda oyunçunun dini, irqi önəm daşımır. Vaqifin gələcək həyatı öz əlindədi. 

 Qarşılaşmadan sonra “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev qələbəni şərh edib.
 
- Komandamız bu gün layiqli qələbə qazandı. Futbolçularımı təbrik edirəm.
 
- Adətən oyundan sonra azarkeşlərin yanında gedib, əl çalırdız. Amma bu dəfə olanları kənardan izlədiniz...
- Mən heç vaxt tribunaya getmirəm. Mənim azarkeşlə nə işim var? Azarkeş sağ olsun ki, komandanı dəstəkləyir.
 
- Düşünmürsüz ki, “Zirə” ilə oyun sizin üçün finala bərabərə olacaq?
- 4 komanda arasında gərgin mübarizə gedir. Burada xal itkisindən söhbət gedə bilməz. Biz son iki oyunumuzu qələbə ilə başa vurmağı düşünürük. Şansımız varsa, bundan istifadə etməyə çalışacağıq.
 
- Nəsə bikef görünürsüz...
- Nəyə sevinməliyəm ki?
 
- Komandanız 4:0 hesabı ilə qalib gəlib axı...
- Komandam əvvəlki oyunlarda da qalib gəlməliydi...