Kimyəvi məhlul içib özünü öldürdü - Yenilənib

kimyevi-mehlul-icib-ozunu-oldurdu
Oxunma sayı: 5942

Biləsuvar rayon sakini kimyəvi məhlul içərək özünü zəhərləyib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Dövlətov Vüqar Bulud oğlunun ailə üzvləri onun yaşadığı ünvanda kimyəvi məhlul olan “Neastol” içərək özünü zəhərlədiyini müəyyən ediblər.

V. Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

***

Kimyəvi məhlul içən Biləsuvar sakini Vüqar Dövlətov vəfat edib.

Həmçinin oxuyun: Bakıda kriminal aləm üzvü həyətində güllələnib öldürdü - Özəl foto