“Kişinin gülüşü məni özümdən çıxarır...” - Serenay

kisinin-gulusu-meni-ozumden-cixarir
Oxunma sayı: 5075

“İkimizin yerinə” filmiylə gündəmdə olan Serenay Sarıkaya BeStyle” jurnalının siması seçilib. 

Qafqazinfo” xəbər verir ki, Sarıkaya jurnala sevgilisi Kerem Bursin barədə səmimi açıqlamalar verib.

“Kişinin zəkası, gülüşü və yaxşı niyyəti məni özümdən çıxarır. Keremlə çox əylənirik, vaxtımızı məhsuldar keçiririk. Qiymətli bir münasibətin içindəyəm və bu, mənim enerjimi artırır”- deyə aktrisa bildirib.

Serenay tez-tez yoqa etdiyini, həmçinin oxatma ilə məşğul olduğunu söyləyib:

“16 yaşımda Çexiyada gözəllik yarışmasına qatılmışdım. Bütün gənc qızların sevimli məşğuliyyəti var idi, hobbilərini seçdilər. Mənə isə oxatma düşdü. O gündən bu idman sahəsinə maraq göstərdim. Həftənin 3 günü oxatma ilə məşğul oluram”.