Kıvançdan xəyanət şayiələrinə cavab

kivancdan-xeyanet-sayielerine-cavab
Oxunma sayı: 1879


Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ xanımı Başak Dizerə xəyanət etməsi barədə yayılan məlumatlara münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o, mətbuatda yazıldığı kimi, Viktoriya Sekret”in modellərindən olan Sara Sampio ilə münasibətdə olmadığını qeyd edib:

Kıvançın mətbuata yaydığı açıqlamada deyilir: “Son vaxtlar haqqımda çıxan müxtəlif xəbərləri sükut içində izləyirəm. Hər zaman mənim aktyorluğumu, etdiyim layihələri  tənqid etmə haqqına sahibsiz.  Amma bir neçə gündür ailəm, evliliyim haqqında yazılan xəbərlər həm hüquqlarımı, həm də ailəmin müqəddəsliyini heçə sayır. Heç bir sübut, fakt olmadan yazılan bu məlumatları qəbul edə bilmirəm.

Xanımımla hələ ailə qurmadan əvvəl, yəni 2013-cü ildə reklam çəkilişi olub və bundan sonra heç vaxt rastlaşmadığım bir xanımla adımı hallandırırsız. Belə mətbuat olar? Bu çərçivədə haqqımda dərc edilən əsassız məqalələr və şərhlərin qarşısını almaq üçün qanuna müraciət etmək məcburiyyətində qaldım. Hüquqi yolla mübarizə aparmağın da bir örnək olacağını xatırlatmaq istəyirəm”. 

Kıvanç Tatlıtuğ və Sara Sampio

Kıvanç Tatlıtuğ və Başak Dizer