Kiyevdə etirazların 8-ci günü, Saakaşvili çadırda gecələdi

kiyevde-etirazlarin-8-ci-gunu-saakasvili-cadirda-geceledi
Oxunma sayı: 1962

Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili bütün gecəni Ali Radanın qarşısında qurulan çadırda keçirib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Saakaşvili telekanallardan birinə açıqlamasında bildirib ki, bu, hökuməti Odessa-Reni magistralına pul ayırmağa məcbur etmək üçün  istifadə etdiyi çadırdır: 

“Mən ilk dəfə çadırda Odessada yaşayandan sonra qalmışam. İndi isə bu, ikinci dəfədir. Birinci dəfə biz yol saldıq, indi isə Ukrayna hökumətini qurmalıyıq. Mənim üçün bu, mübarizənin yeni mərhələsidir –dinc, sakit və çox inamlı”. 

Qeyd edək ki, Kiyevdə aksiya səkkiz gündür ki, davam edir.