Kiyevdə partlayış - Millət vəkili yaralandı, mühafizəçisi öldü + Yenilənib

kiyevde-partlayis
Oxunma sayı: 1802

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Ali Radanın “Radikal” partiyasından olan millət vəkili İqor Mosiyçuk yaralanıb. 

Bu barədə deputatın Feysbuk səhifəsində yerləşdiirlən məlumatda bildirilir: “İndilərdə İqora qarşı hücum təşkil olundu. O, “Espresso” telekanalının binasından çıxarkən partlayış oldu. İqor Mosiyçuk yaralandı. Hazırda onu xəstəxanaya aparırlar”.

***

“Radikal” partiyasının lideri Oleq Lyaşko Feysbuk hesabında millət vəkili İ. Mosiyçukun mühafizəçisinin hadisə zamanı öldüyünü bildirib.

Partlayış nəticəsində daha bir nəfər həlak olub. Onun şəxsiyyəti müəyyənləşdirilir. 

***

Yaralı deputat əməliyyat olunub.

“Əməliyyat uğurla başa çatıb. Həkimlər İ.Mosiyçukun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda o reanimasiyadadır. İ.Mosiyçuk əməliyyatdan sonra özünə gəlib, danışa bilir”,-deyə İ.Mosiyçukun mətbuat katibi bildirib.