Komandamız İslamiadada atıcılıq üzrə ilk medalını qazandı

komandamiz-islamiadada-aticiliq-uzre-ilk-medalini-qazandi
Oxunma sayı: 718

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

"Qafqazinfo" xəbər verir ki, komandamız atıcılıq üzrə ilk medalını qazanıb. Belə ki, stend atıcımız Nurlana Cəfərova İslamiadanın gümüş medalını qazanıb. O, skit reytinq yarışlarında ikinci nəticə göstərib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.